Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Şəhidləri unutmayaq ” adlı  videkonfrans keçirilib

03.11.2021

02.11.2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Samux rayonu Ziyadlı kənd sakinləri Taleh Yusifov və Qəzənfər Abdullayevin il dönümləri ilə bağlı " Şəhidləri unutmayaq " adlı  videkonfrans keçirildi.

Konfransda ilk açılışı Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən  Arif Məmişov açdı. O, iştirakçıları salamlayaraq qeyd etdi ki,  Azərbaycan Ordusunun əsgəri olan Taleh Yusifov 2020- ci il sentyabrın  27 - də Azərbaycan Silahlı  Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün  başlanan Vətən müharibəsində iştirak etmiş və Laçın döyüşləri zamanı şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Taleh Yusifov " Vətən uğrunda", " Cəbrayılın azad olunmasına görə", " Qubadlının azad olunmasına görə", və " Laçının azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Sonra söz Ziyadlı kənd Sənətkarlıq evinin müdiri Ülviyyə Tağıyevaya verildi. Biz fəxr edirik ki, bizim belə mərd, qorxmaz igidlərimiz olub və olacaqlar. Bizlərin vətəndaş olaraq onların ailəsini ziyarət etmək onlara diqqət və qayğı göstərmək mənəvi borcumuzdur.
Azərbaycan Ordusunun kiçik çavuşu Qəzənfər də cəsur igidlərimizdəndir. Qəzənfər Abdullayev sentyabrın 27 - də Murovdağ döyüşləri zamanı şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Qəzənfər   Abdullayev     ölümündən      sonra " Vətən uğrunda", " Kəlbəcərin azad olunmasına görə",  və " Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur.

 

80.1 KB

 

69.3 KB

 

75.7 KB